İndoneziyanın aparıcı “GATRA” jurnalında Bakı Limanı haqqında məqalə dərc edib

14970087594998960746_1000x669

İndoneziyanın aparıcı “GATRA” həftəlik jurnalının müxbiri Andhika Dinata Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məqalə dərc edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib ki, jurnalda mayın 7-12-də İndoneziyanın Bali şəhərində keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının illik toplantısı çərçivəsində Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında imzalanan Anlaşma Memorandumu haqqında söz açılıb. Qeyd olunub ki, bu Memorandum çərçivəsində tərəflər təcrübə mübadiləsi, liman əməliyyatları və digər sahələrdə əməkdaşlıq edəcəklər.

Bakı Limanın baş direktoru Taleh Ziyadov qeyd edib ki, dünyada ən çox adalara sahib olan İndoneziya dünya dəniz ticarətində mühüm rol oynayır. Bu baxımdan İndoneziya Limanlarının təcrübəsi əvəzolunmazdır.

Taleh Ziyadov Bakı limanı və Ələt qəsəbəsində qurulmaqda olan Azad Ticarət Zonası (ATZ) haqqında məlumat verərək qeyd edib ki, ölkənin əlverişli coğrafi mövqeyindən faydalanması, regional nəqliyyat təşəbbüslərinin reallaşdırılması, ATZ-də əlavə dəyər yaradan sahələrin qurulması Prezident İlham Əliyevin düşünülmüş siyasətinin mühüm hissəsidir.

Bundan başqa, məqalədə Beynəlxalq Limanlar Assosiasıyasının 2018-ci ilin mayın 8-11-də Bakıda keçiriləcək Dünya Limanlarının Konfransından da bəhs olunur. Qeyd olunub ki, 90 ölkədən Sidney, Los-Anceles, Hamburq, Panama, Cəbələli kimi 180-dən çox böyük limanları öz ətrafında birləşdirən qurumun Bakıda toplantısı reqion üçün mühüm hadisədir. Keçmiş MDB məkanında Dünya Limanları Konfransının ilk dəfə Azərbaycanın paytaxtında baş tutması onun beynəlxalq ticarət dəhlizlərində, xüsusən “Bir Kəmər - Bir Yol” təşəbbüsündə artan rolu ilə izah olunur.

Qeyd edək ki, Bakıdan sonra Dünya Limanlarının Konfransı Çinin Quanjou şəhərində keçiriləcək.

2017-06-09 / 16:47
Facebook