İyunun 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101356S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildiriblər ki, hərrac zamanı 10 investor tərəfindən təqdim olunan 12 sifarişin nominal üzrə ümumi məbləği 179,995,400.00 manat təşkil edib. Sifarişlər 99.0749 manat (12.01 faiz) və 99.0749 manat (12.01 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99.0749 manat (12.01 faiz), orta ölçülmüş qiyməti 99.0749 manat (12.01 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50,000,000.00 manat məbləğində müəyyənləşdirilib. Notlar iyulun 5-də ödəniləcək.