2017-ci ilin əvvəlindən Azərbaycan manatı 4 faiz möhkəmlənib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov "İqtisadi islahatlar: nəticələr və məsləhətlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, özünün ən pis göstəricisindən bu yana manat 11 faiz möhkəmlənib:
"Hazırda manatın məzənnəsi üçün təhlükə yoxdur".