Mayın 26-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi ilə bağlı konfrans keçiriləcək.
Konfransa maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının yuxarı menecmentləri, biznes və ictimai təşkilatların rəhbərləri, IT təşkilatları, telekommunikasiya şirkətləri, beynəlxalq maliyyə institutları, həmçinin digər ölkələrdən nümayəndələr dəvət olunub.