"AtaBank" "XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı"nın sponsoru olub


14955413655579463406_1000x669

"AtaBank" ASC Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı"nın sponsoru olub.

Bankdan bildiriblər ki, "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, “İqtisadiyyat və Menecment” jurnalı olub.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.

""XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı" ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır. "AtaBank" Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə ixtisaslı mütəxəssislər olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korporativ sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib",- deyə "AtaBank" ASC-nin kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.

Sonda "AtaBank" ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.

2017-05-23 / 17:17
Facebook