İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


14955309933362722590_1000x669

Mayın 25-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 15 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

İstiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti martın 6-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

2017-05-23 / 14:22
Facebook