Yanvar-aprel ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz azalaraq 2425,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1776,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2 faizini təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 250 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 16,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.