Azərbaycanın boks yığması İslamiadanın ən güclüsü olub


14951334161465026880_1000x669

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsində ən güclü komanda adını Azərbaycan millisi qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında təşkilatçı ölkə yığması 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komanda bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən Azərbaycan millisi həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Ən yaxın izləyici Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Liderdən 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan üçüncüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. "Bakı-2017"də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Qeyd edək ki, Azərbaycan boks millisinin heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

N Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 AZƏRBAYCAN 3 3 1 7
2 Özbəkistan 3 0 2 5
3 Qazaxıstan 2 0 3 5
4 Suriya 1 1 2 4
5 Türkmənistan 1 1 1 3
6 İraq 0 2 0 2
7 Mərakeş 0 1 3 4
8-9 Misir 0 1 1 2
8-9 Türkiyə 0 1 1 2
10 İordaniya 0 0 3 3
11-13 Əlcəzair 0 0 1 1
11-13 Kamerun 0 0 1 1
11-13 İran 0 0 1 1
Cəmi   10 10 20 40

 

2017-05-19 / 14:27
Facebook