Azərbaycan güləşçisi Məhəmməd Müslümov IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq.
65 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 41 saniyə ərzində 10:0 hesabı ilə qələbə qazanıb və finala yüksəlib. Yarımfinalda onun rəqibi Əfqanıstan təmsilçisi Malik Can Sadid olub.
Nurməhəmməd Hacıyev (97 kq) isə ilk görüşündə türkmənistanlı Yusup Melecayevə qalib gələrək yarımfinala yüksəlib.