“SOCAR Methanol MMC” bu ilin ilk dörd ayından artıq müddətdə 56 min 610,13 ton metanol istehsal edib.
MMC-dən bildirilib ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol MMC” tərəfindən idarəetməsi təhvil alınan Metanol zavodu cari ilin yanvar ayından indiyədək yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib. Aparılan təkmilləşdirmə işləri sayəsində yanvarın 1-i və mayın 15-i tarixlərini əhatə edən müddət ərzində “SOCAR Methanol MMC” yüksək məhsuldarlıq əldə edərək 56 min 610,13 ton metanol istehsal edib. Bu məhsulun da 99 faizi ixraca yönəldilib.
Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.