Belə möhtəşəm yarışda iştirak etmək arzumuz idi. Hər kəs bizdən qızıl medal gözləyirdi.
Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev müsahibəsində deyib.
Doğma azarkeşlər qarşısında qızıl medal qazanmalarından məmnunluğunu ifadə edən baş məşqçi finalda Türkiyə yığması ilə görüşün asan keçmədiyini vurğulayıb. “Ümumilikdə maraqlı oyun oldu. Bilirik ki, Türkiyə güclü rəqibdir. Lakin nəticədə biz qalib gəldik. Xoşbəxtik ki, vətənimizdə qızıl medal qazandıq. Voleybolu Azərbaycanda sevirlər. Hətta Azərbaycana voleybol ölkəsi deyirlər. Çünki qadınlardan ibarət komandaların uğurları çoxdur. Komandamla fəxr edirəm", - deyə Faiq Qarayev qeyd edib.