Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək


14951619831085246584_1000x669

Mayın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildiriblər ki, istiqrazların ümumi həcmi 20 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 15 faizdir. İstiqrazlar 2019-cu il mayın 21-də ödəniləcək. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

2017-05-19 / 09:30
Facebook