Toğrul Əsgərov: "Dopinqdən tam uzaq idmançıyam"


1470084530_togrul-eskerov

“İstifadəsi qadağan olunan hər hansı preparatdan istifadə etməmişəm". 

Bunu Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov mətbuat üçün açıqlamasında deyib. 25 yaşlı idmançı dopinqdən tam uzaq idmançı olduğunu bildirib: "İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik zamanı çox güman ki, orqanizmimə belə maddə düşüb. Hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacağam". 

T.Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında zədə üzündən güləşməyəcəyini bildirib: "Azarkeşlər narahat olmasın, onsuz da zədəmlə bağlı bir müddət güləşməyəcəyəm. Əməliyyat olunmalıyam. Böyük qələbələr hələ irəlidir, Tam sağaldıqdan sonra yenidən böyük uğurlara imza atacağam".

Qeyd edək ki, Toğrul Əsgərov 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. 

2017-05-18 / 17:26
Facebook