Mayın 25-də Bakıda ilk dəfə “İnformasiya təhlükəsizliyi kodu” (“Kod İB”) mövzusunda iri beynəlxalq konfrans keçiriləcək İnformasiya təhlükəsizliyi sahəsində çalışan rusdilli mütəxəssislər üçün nəzərdə tutulan bu konfrans Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanda bu sahənin mütəxəssislərinə yaxşı tanışdır. Builki konfransın coğrafiyası beş dövlətin 26 şəhərini əhatə edir.
Konfransda informasiyanın qorunması üzrə qabaqcıl texnologiyalar üzrə mütəxəssislər, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi departamentlərinin əməkdaşları bir məkanda toplaşacaqlar.
Konfransın əsas spikerləri informasiya təhlükəsizliyi üzrə moskvalı məşhur ekspertlər Andrey Brızqin (Group IB), İlya Şabanov (Anti-Malware.ru), Rüstəm Xayretdinov (InfoWatch) və Dmitri Manannikovdur (SPSR Express).
İnformasiyanın qorunması üzrə qabaqcıl texnologiyalar mövzusu ayrıca bir seksiyada müzakirə olunacaq. Burada antiviruslar, SIEM-sistemlər, haker hücumlarından kompleks müdafiə vasitələri və digər məsələlər araşdırılacaq.
“İdarəetmə” blokunda DLP sistemləri sahəsində ekspertiza təqdim ediləcək, bu sistemlərdən standart və qeyri-standart istifadə vasitələri mübadilə olunacaq. Bu seksiyanın spikerləri Sergey Ananıç (SearchInform, Moskva şəhəri), Anton Solovey (Falcongaze, Moskva şəhəri) və başqalarıdır.
Konfransın proqramı hələ formalaşma mərhələsində olduğuna baxmayaraq, Azərbaycanın Azericard, ENCOTEC, Expressbank, MilliKart LLC və digər şirkətlərinin nümayəndələri həmin tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyiblər.
Qeydiyyat və akkreditə ünvanı: http://codeib.ru/baku/program/
“İnformasiya təhlükəsizliyi kodu” (“Kod İB”) konfransları haqqında
“Kod İB” konfransları öz dəyərli məzmununa və yaxşı təşkilinə görə iştirakçılar tərəfindən həmişə yüksək qiymətləndirilir. 2016-cı ilin yekunlarına görə bu konfransların orta qiyməti 10 mümkün baldan 9,4 olub.
“Kod İB” konfranslarının daimi spikerləri arasında informasiya təhlükəsizliyi dünyasında ən nüfuzlu rusdilli şəxslər sayılan Aleksey Lukatski, Rüstəm Xayretdinov, Andey Prozorov, Maksim Stepçenko, Yevgeni Klimov, Dmitri Manannikov və başqaları var.
2004-cü ildən başlayaraq keçirilən bu konfranslarda minlərlə rəhbər işçi və mütəxəssis həm bir-biri ilə, həm də aparıcı ekspertlər və onların araşdırmalarının nəticələri ilə tanış olublar. “Kod İB” konfranslarında “PricewaterhouseCoopers”, “X5 Retail Group”, “RJD” ASC, URALSİB, Bank VTB 24 və bir sıra başqa təşkilatların mütəxəssislərinə çox faydalı məlumat verilib.
“Kod İB” konfransları haqqında “3dnews.ru”, “Anti-malware.ru”, “Information Security”, “Global CIO”, “BIS Journal”, “Ekspert”, “National Business” və bir sıra başqa aparıcı sahəvi və işgüzar KİV-lər bu konfrans yazırlar.
Konfransın öz talismanı da var (İT pişik). Tədbir iştirakçıları konfranslar barədə təəssüratlarını “#codeib” və “#КотИБ” heşteqlərindən istifadə etməklə bölüşürlər.