Azərbaycanın üç güləşçisi İslamiadanın yarımfinalına yüksəliblər


14950907493678213642_1000x669

İslamiadanın yunan-Roma güləşi yarışlarında daha üç Azərbaycan idmançısı yarımfinala vəsiqə qazanıb.

130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti ilk görüşündə vaxtından əvvəl 9:0 hesabı ilə qələbə qazanıb. O, dörddəbir final mərhələsində Pakistan təmsilçisi Ma Xandan üstün olub.

Digər təmsilçimiz Kamran Məmmədov (66 kq) yarımfinal uğrunda İran pəhləvanı Mehdi Zeidvand ilə qarşılaşıb. Azərbaycan güləşçisi 6:0 hesabı ilə qələbə qazanıb.

Həmçinin 75 kiloqram çəki dərəcəsində yarışan Elvin Mürsəliyev İran pəhləvanını məğlubiyyətə uğradıb. O, 6:1 hesabı ilə Rasoul Qarmsiri üzərində qələbə qazanıb.

2017-05-18 / 12:11
Facebook