Minskdə Avropa çempionatında Azərbaycanı yeddi samboçu təmsil edəcək


14950238573193510194_1000x669

Mayın 18-dən 22-dək Minskdə sambo üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından (ASF) bildiriblər ki, çempionatda ölkəmizi 7 idmançı təmsil edəcək.

ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında çempionatda ölkəmizi Ağasif Səmədov (52 kq), Fuad Məmmədov (57 kq), Cavidan Qarayev (62 kq), Emin Qulamov (68 kq), Elvin Mustafayev (74 kq) və Nizami Məmmədov (100 kq) təmsil edəcəklər. Döyüş sambosu yarışlarında isə Fərid Yusifov (57 kq) birincilik uğrunda mübarizə aparacaq.

Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edəcək.

2017-05-17 / 17:28
Facebook