İxrac olunduğu zaman gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın həcmi nəzərə alınmaqla, bu ilin yanvar-mart aylarında ölkədən 7 milyon 951,3 min ton xam neft, 2 milyard 357,2 milyon kubmetr təbii qaz göndərilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, faktiki ölkə sərhədini keçən xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dollarına bərabər olmuş və əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,4 faiz azalıb. Ölkədən ixrac olunmuş məhsulların statistik qiymətləndirilmiş dəyəri 3578,1 milyon dollar təşkil edərək əvvəlki ilin eyni dövrünün səviyyəsindən real ifadədə 9,2 faiz az olub.