Bu ilin ilk dörd ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 8 milyard 36,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-aprel aylarında qaz nəqlinin 31,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 554,6 milyon kubmetr qaz ötürülüb.