“Bakı-2017”nin paraatletika yarışlarında Azərbaycanın 5-ci qızıl medalı


1495005942195028672_1000x669

Mayın 17-də Azərbaycan idmançıları İslamiadanın beşinci gününə qızıl medalla start veriblər.

Kişi paralimpiyaçılar arasında F57 kateqoriyasında lövhə atma yarışında 45,17 metr nəticə göstərən Samir Nəbiyev özünün ikinci qızıl medalını qazanıb.

Lövhə atma yarışında gümüş medala iordaniyalı Amer Abdelaziz, bürünc medala isə Misir təmsilçisi Metava Abouelkhir layiq görülüb.

Xatırladaq ki, Samir Nəbiyev mayın 16-da atletika yarışının birinci günündə kürəitələmə üzrə İslamiadanın çempionu olub.

2017-05-17 / 12:29
Facebook