Mayın 17-də beynəlxalq logistika operatoru "PONY EXPRESS" Şirkətlər Qrupunun Azərbaycanda inkişaf strategiyasının təqdimatı olub.
"PONY EXPRESS" Şirkətlər Qrupunun regional inkişaf üzrə direktoru Sergey Serquşev şirkətin ekspress və ekonom çatdırılma, yükdaşımalar, internet-mağazalar üçün çatdırılma və anbar xidmətləri təqdim etdiyini deyib.
"PONY EXPRESS"in Azərbaycandakı direktoru Şükufə Əbilova isə dünya logistikasının əsas trendləri, logistikanın xüsusiyyətləri və Azərbaycan bazarının tələbatlarından danışıb.
Tədbir çərçivəsində şirkət nümayəndələri fiziki şəxslər və onlayn ticarətlə məşğul olan şirkətlər üçün yeni logistika məhsullarının və müxtəlif biznes sahələri üçün nəzərdə tutulmuş həllər barədə məlumat veriblər.