Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 48,43 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar azalaraq 51,47 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 52,89 dollar təşkil edib.