Hesablama Palatasının sektor müdiri Zaur Vəliyev Vyana şəhərində “Ortamüddətli büdcə çərçivəsi, fiskal qaydalar və fiskal şuralar: fiskal dayanıqlılığın təmin edilməsi imkanları kimi" mövzusunda keçirilən təlimdə iştirak edib.
Palatanın mətbuat xidmətindən bildiriblər ki, 17 ölkədən 30 iştirakçının qatıldığı təlimlər Beynəlxalq Valyuta Fondunun ekspertləri Yohan Sivald, Viktor Lledo, Alfred Katterl, Tom Pibas və Helmut Berger tərəfindən aparılıb.
Təlim 3 istiqaməti əhatə etməklə fiskal qaydalar, ortamüddətli xərclər çərçivəsi və fiskal şuralarla bağlı beynəlxalq təcrübəyə həsr edilib və bu istiqamətdə müxtəlif təqdimatlar olunub. Həmçinin təlimdə fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı, alternativ makroiqtisadi o cümlədən, büdcə parametrlərinin geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların yaradılması ilə bağlı məruzə də təqdim edilib.