Maksim Şemberev İslamiadada üçüncü çempionluğunu rəsmiləşdirib


14949432895620649654_1000x669

Kişilər arasında 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında Azərbaycan idmançısı Maksim Şemberev qalib gələrək üçüncü çempionluğunu bayram edib.

Atletimiz 1:57.22 saniyəlik nəticə ilə üçüncü çempionluğunu rəsmiləşdirib. Digər iki pilləni isə Türkiyə təmsilçiləri tutublar. Kaan Özcan 1:59.80 saniyə nəticə göstərərək gümüş, Səməd Alkan isə 2:00.92 saniyə ilə bürünc medalın sahibi olub.

2017-05-17 / 09:05
Facebook