Murad Ağarzayev: İlk dəfədir qələbə sevinci yaşayıram


14949280575450846647_1000x669

İlk dəfədir qələbə sevinci yaşayıram. Artıq neçənci dəfədir ki, finala qədər gəlirəm, lakin heç bir medal qazanmıram. Bu gün ilk dəfə o sevinci yaşadım.

Bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazandıqdan sonra müsahibəsində söyləyib.

Çıxışından razı qalmadığını bildirən gimnast deyib: “Turnikdə ən çətin hərəkətləri etdikdən sonra ən sadəsində çaşdım. Bununla da özümə nəticə çıxardım ki, idmançı son anadək arxayınlaşmamalıdır. Çıxışını bitirənədək yarışma məsuliyyətini hiss etməlisən”.

2017-05-16 / 14:48
Facebook