Mayın 16-da Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının dördüncü gününün yarışları başlayıb.
Yarışların dördüncü günündə kişilərin dairəvi stend yarışının finalı, kişilərin 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişi və qadınların 10 metrdən pnevmatik tapança ilə atəş yarışları keçiriləcək.
Bugünkü yarışlarda Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
Kişilərin 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma yarışında ölkəmizi Əli Məcidli, qadınların 10 metrdən pnevmatik tapança ilə atəşaçma yarışında isə Nəzrin Abbaslı, Nigar Nəsirova və Zərifə Qasımova təmsil edir.