Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft ixracından əldə etdiyi gəlirlərin artacağı nəzərdə tutulur.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, OPEC-in neft ixracı üzrə gəlirləri 2016-cı ildə 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Belə ki, təşkilatın ixrac gəlirləri ötən il neft qiymətinin ucuzlaşması və ixracdakı azalma ilə əlaqədar olaraq 15 faiz azalaraq təqribən 433 milyard dollar olub. Bu, OPEC-in neft ixracı üzrə gəlirlərinin son 12 ildəki minimum göstəricisidir.
OPEC-in ixrac gəlirlərinin bu il ərzində 539 milyard dollaradək artacağı proqnozlaşdırılır.