IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 8 qadın güləşçisi təmsil edəcək


14948510223816418305_1000x669

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları mayın 17-21-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaqlar.

Yarışların sonuncu günündə qadın güləşçiləri mübarizə aparacaqlar.

Baş məşqçi Semyon Çterev, böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 8 üzvü yarışlarda iştirak edəcək.

Heyətdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) yer alıblar.

2017-05-15 / 17:24
Facebook