Bakı-2017: Azərbaycan atıcısı finalda


               shooting_strelba_200615

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma yarışının finalçıları müəyyənləşib.

Azərbaycan atıcısı Rəsul Məmmədov 538 xalla finala yüksəlib.

Digər təmsilçimiz Rəhim Rəhimov təsnifatda mübarizəni dayandırıb, Ruslan Lunyov isə yarışa qatılmayıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



2017-05-15 / 11:06
Facebook