FAO Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə kömək etməyə hazırdır


vladimir_rahmanin_fao_150517

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin formalaşdırılmasına və fəaliyyətinə kömək etməyə hazırdır.

Bunu  FAO-nun baş direktorunun müavini, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.

O qeyd edib: "Şadam ki, Azərbaycan hökuməti Prezidentin fərmanı əsasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərar qəbul edib".

V.Raxmanin bildirib ki, bu, mühüm və müstəb qərardır: "Qida məhsullarının təhlükəsizliyi üzrə səmərəli sistemin təmin olunması üçün ölkə hökumətinin qərarı FAO-nun əsas tapşırıqlarına cavab verir".

Baş direktorun müavini əlavə edib ki, belə agentliyin yaradılması Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyi standartlarını yüksəltməyə imkan verəcək və ölkənin ixrac potensialını artıracaq.

2017-05-15 / 10:48
Facebook