Azərbaycan cüdoçusu, "Rio-2016"nın gümüş mükafatçısı Elmar Qasımov (100 kq-a qədər) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci görüşünü keçirib.
E.Qasımov ikinci mübarizəsində Əlcəzair təmsilçisi Layes Buyaqubla qarşılaşıb. Cüdoçumuz ipponla rəqibinə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.