“Bakı-2017”: Voleybol yarışının üçüncü günündə kişi və qadın idmançılarımız qələbə qazanıblar


14947050891788913715_1000x669

Mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışı çərçivəsində üç oyun keçirilib.

Günün birinci oyununda kişilərin yarışında “A” qrupunda yer alan Türkmənistan millisi ilə görüşə çıxmadığına görə Fələstin yığma komandasına texniki məğlubiyyət (3:0) verilib. Bununla da Türkmənistan IV İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini təmin edib.

Qadınların yarışının “A” qrupunda yer alan Azərbaycan millisi isə Tacikistan yığmasını çətinlik çəkmədən məğlubiyyətə uğradıb – 3:0 (25:9, 25:7, 25:10).

Günün sonuncu qarşılaşmasında isə Azərbaycanın və Türkiyənin kişi atletləri qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan millisi rəqibin müqavimətini çətinlikdə də olsa qıra bilib – 3:2 (28:26, 13:25, 25:17, 19:25 və 18:16).

2017-05-14 / 01:12
Facebook