SOCAR tərəfindən bu ilin aprel ayında dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 111,5 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında büdcəyə 530 milyon 302 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 milyon 327 min manat və ya 119,2 faiz çoxdur.
Cari ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 247 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 100,8 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 49 milyon 515 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4 milyon 407 min manat və ya 109,8 faiz çoxdur.