“Bakı-2017”nin həndbol yarışında qrup mərhələsinin son turuna start verilib


14944761611110720229_1000x669

Mayın 11-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində həndbol yarışının qrup mərhələsinin sonuncu turunun oyunları başlayıb.

Günün açılış matçı kişilərin yarışında “B” qrupunda qərarlaşan Mərakeş və İraq komandaları arasında keçirilir. Qrupun digər oyununda isə İordaniya və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.

“A” qrupunda isə Səudiyyə Ərəbistanı - Pakistan, Azərbaycan - Əlcəzair qarşılaşmaları oynanılacaq.

Qadınlar yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olacaqlar. Turun mərkəzi qarşılaşması keçirdikləri hər iki oyunda qalib gələn Azərbaycan və Türkiyə təmsilçiləri arasında baş tutacaq. Digər oyunda isə Özbəkistan və Kamerun həndbolçuları ilk qələbələrini qazanmaq üçün yarışacaqlar.

2017-05-11 / 09:22
Facebook