Qlobal neft hasilatı gündəlik 0,2 milyon barrel artacaq


14944005221987631532_1000x669

Qlobal neft hasilatı bu il və gələn il gündəlik orta hesabla 0,2 milyon barrel artacaq.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. EIA qlobal neft hasilatının bu il gündəlik orta hesabla 98,3 milyon barrel əvəzinə 98,5 milyon barrel, gələn il isə sutkalıq orta hesabla 100,2 milyon barrel əvəzinə100,4 milyon barrel təşkil edəcəyini proqnozlaşdırır.

EIA qlobal neft istehlakının bu il gündəlik orta hesabla 98,3 milyon barrel, gələn il isə sutkalıq orta hesabla 99,9 milyon barrel olacağını nəzərdə tutur.

Qlobal neft hasilatı və istehlakının həcmi arasında bu il üzrə ortaya çıxan gündəlik orta hesabla 0,2 milyon barrel, 2018-ci ildə isə sutkalıq orta hesabla 0,5 milyon barrel fərqin xam neftin qiymətinın aşağı düşməsinə təsir göstərəcəyi təxmin edilir.

2017-05-10 / 12:20
Facebook