Futbol üzrə Azərbaycan millisinin Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb.
Millimiz mayın 15-dən 20-dək Bakıda, mayın 20-dən iyunun 3-dək Avstriyada təlim-məşq toplanışında olacaq.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçiriləcək oyuna iyunun 3-dən etibarən yenidən Bakıda hazırlaşacaq Azərbaycan milli komandasının heyətinə Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”), Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov (“Qarabağ”), Rəşad Sadıqov (“Qarabağ”), Maksim Medvedev (“Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Maqomed Mirzabekov (“Qəbələ”), Ürfan Abbasov (“Qəbələ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev (“Qarabağ”), Qara Qarayev (“Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Qəbələ”), Əfran İsmayılov (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Ramil Şeydayev (“Jilina”, Slovakiya) və Renat Dadaşov (“Ayntraxt”, Almaniya) dəvət olunub.