Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən dünya kuboku yarışlarının gümüş medalını qazanıb.
Yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav Pevtsov yarımfinalda 6-ci olub və finala vəsiqə qazanıb.
Finalda 400 metrlik su məsafəsini idmançımız 4 dəqiqə 57 saniyəyə başa vurub. Ardınca isə 10 kilometr velodistansiyanı 13 dəqiqə 39 saniyəyə qət edib. Nəhayət, yarışların son mərhələsi – 2,5 kilometrlik qaçış zolağını R.Pevtsov 7 dəqiqə 2 saniyə nəticə ilə yekunlaşdırıb. Ümumi hesablamada R.Pevtsov 26 dəqiqə 48 saniyə nəticə göstərərək ikinci yerə sahib olub.
Xatırladaq ki, carı mövsümdə R.Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunun qalibi olub və Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb.