Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Bakıda keçirilən Şopinq Festivalını Azərbaycan üçün böyük üstünlük sayır.
F.Mansel Bakını “qədim ənənələrlə gələcək imkanlar arasında özünəməxsus ittifaq yaradan cazibədar bir şəhər adlandırıb. Onun fikrincə, bu festival paytaxtımızın həm də şopinq mərkəzinə çevrildiyini göstərir. F.Mansel deyib: “Bakı festival ilə bağlı ilk sınaqdan uğurla çıxdı”.