Mayın 4-də “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib.
ikinci mərhələdə velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatacaqlar.
Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
İştirakçılar üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.