Dörd ayda Ceyhan limanından 8 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb


1493768102456964229_1000x669

Cari ilin aprelində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 8 milyon 39 min 435 ton olub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara veriləndən bu il mayın 1-dək Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

2017-05-03 / 09:07
Facebook