Dünyaca məşhur müğənni və bəstəkar Sami Yusif Bakı Şopinq Festivalını Azərbaycan iqtisadiyyatı üçün mühüm hadisə adlandırıb.
Müğənni festivalın rəsmi saytına müsahibəsində bildirib ki, Bakı Şopinq Festivalı gələcəkdə nəinki Azərbaycan, bütün regionda böyük əhəmiyyət kəsb edəcək.
“Bu festival Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhfəsini verməklə yanaşı, bu gözəl ölkəyə turistlərin gəlişi üçün böyük stimul yaradacaq. Əminəm ki, turistlər Azərbaycanı daha da sevəcəklər. Bu təşəbbüs kommersiya aspektindən əlavə, həm də Azərbaycanın özünəməxsus mədəniyyətini və tarixini nümayiş etdirmək üçün gözəl imkandır”, - deyə S.Yusif vurğulayıb.
Müğənni əlavə edib ki, xarici qonaqlar Azərbaycana səyahətdən zövq alacaq, növbəti illərdə yenidən bu ölkəyə gəlməyə can atacaqlar.