SOCAR-AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündən 319 nömrəli quyuda qazma işlərinə başlayıb.
Müəssisədən bildirilib ki, layihə dərinliyi 3000 metr olan quyunun fasilə lay dəstəsinə (FLD) qazılması planlaşdırılır.
SOCAR-AQŞ digər quyularda olduğu kimi, bu quyunu da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə qazaraq sifarişçiyə təhvil verməyi planlaşdırır.
Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.