İpoteka Fondunun istiqrazlarının 100 milyon manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcək


1493705649337362018_1000x669

Mayın 4-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1002.33 manat qiyməti ilə satışa çıxarılacaq.

AİF-dən bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti martın 6-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

2017-05-02 / 11:14
Facebook