Vergilər Nazirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib


1493629124512455306_1000x669

Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin əməkdaşı Toğrul Qasımov nazirlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turnirinin qalibi olub.

Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov 2-ci, Çağrı Mərkəzi Departamentinin əməkdaşı Mahmud İbrahimov isə 3-cü yeri tutub.

Qeyd olunub ki, aprel ayının 8-də start verilmiş yarışlar Olimpiya sistemi üzrə keçirilib, yarışlarda vergi orqanlarının bütün strukturlarının əməkdaşları iştirak edib.

Vergilər Nazirliyi Aparatının rəhbəri Ağasəməd Əfəndiyev turnir iştirakçılarına minnətdarlığını bildirərək, yarışın maraqlı rəqabət şəraitində keçdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Prezident İlham Əliyevin şahmatın inkişafına böyük qayğı göstərdiyini deyən natiq, şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısından söz açıb.

Sonra qaliblərə diplomlar təqdim edilib.

2017-05-01 / 14:09
Facebook