Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşır. Bu dəfə müsabiqəyə sahənin yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.
“Bakcell” şirkətindən bildiriblər ki, AppLab Mərkəzində “Bakcell” şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.
“Bakcell” şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalar axtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və “Bakcell” şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd etmək lazımdır ki, “Bakcell” şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusilə proqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isə qruplara öz ideyalarının inkişaf etdirilməsi üzərində diqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.
2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan 20 layihə İT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən aprelin 14-də dinlənilərək qiymətləndirilib. Həmin 20 layihədən proqramda iştirak etmək üçün mümkün 25 xaldan 20 və daha çox xal qazanan7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilən ideyanın nə dərəcədə innovativ olması, real yanaşma, biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi. Layihələrin qısa təsviri aşağıda təqdim edilib:
Blutu – “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .
ARzoom – interaktiv “Artırılmışreallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.
Buket.al – gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncədə pulsuz çatdırılmasını təmin edir.
Garden – insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.