“Marie Claire” jurnalı hamını Bakı Şopinq Festivalına çağırır

  14936215361108446264_1000x669

Bakı Şopinq Festivalına baş çəkmiş, məşhur “Marie Claire” jurnalının Rusiya bölməsinin baş redaktoru Anna Buraşova səfər təəssüratlarını bölüşüb.

“Şərqə doğru – Bakıya şopinqə gedirik” başlıqlı məqaləsində A.Buraşova Azərbaycan paytaxtının gözəlliyi və qonaqpərvərliyindən valeh olduğunu yazır. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakının ideal yolları, tarixi və müasir abidələr, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyinin maraqlı memarlıq üslubundan heyrətə gəldiyini yazan baş redaktor festival çərçivəsində etdiyi şopinq haqda da təəssüratlarını bölüşür.

“Rus valyutası ilə təxminən 3400 rubldan yuxarı alış-veriş edərkən elə ticarət mərkəzinin özündəcə ƏDV-ni geri almaq olur. İlahi, bu necə də rahatdır. Cəmi bir neçə saat içində Bakıya gətirdiyim çamadanın yarıyadək dolduğunu hiss edirəm”, – deyə müəllif yazır.

Rusiyalı jurnalist – turist Azərbaycanın çox müasir ölkə olduğunu qeyd edib. Həmçinin burada ticarətin inkişaf etdiyini, hətta bəzi məqamlarda Birləşmiş Ərəb Əmirliklərini belə kölgədə qoyduğunu yazır.

Azərbaycanlıların dəblə ayaqlaşmağı çox sevdiyini bildirən xanım jurnalist, payızda yenidən Bakıya səfər etmək niyyətindədir: “Çünki oktyabr ayında Bakıda ikinci Şopinq Festivalı baş tutacaq”.

 




2017-05-01 / 11:51
Facebook