“2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsi müzakirə edilib.
Müzakirələr aprelin 28-də Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclasında aparılıb.
İclasda bildirilib ki, bu günə qədər statistikanın inkişafına dair 5 Dövlət Proqramı həyata keçirilib. Müzakirə ediləcək Dövlət Proqramında da Dövlət Statistika Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Qeyd edilib ki, biznes mühitinin yaxşılaşdırılması, dünya miqyasında Azərbaycanın nüfuzunun qorunub saxlanılması və artırılması, Strateji Yol Xəritələri ilə bağlı məsələlər əsas vəzifələrdəndir. “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsində Dövlət Statistika Komitəsi üçün bir neçə istiqamətlər var. Bunlara statistik göstəricilərin təkmilləşdirilməsi, yeni statistik məlumatların əldə edilməsi, statistika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, kadr potensialının gücləndirilməsi və sair istiqamətlər daxildir.