Qazaxda inşa olunan əhəng zavodu idxaldan asılılığı azaldacaq

Qazaxda “Mətanət A” şirkəti tərəfindən inşa edilən, illik istehsal gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, zavodun tikintisinə 15 milyon manat investisiya qoyulub. Müasir standartlara cavab verəcək zavod ən müasir texnologiyalarla təmin olunacaq. İsveçrənin qabaqcıl “MAERZ” şirkətinin avadanlıq və texnologiyaları əsasında qurulacaq zavod yerli sənaye müəssisələrini keyfiyyətli əhənglə təmin etməklə yanaşı, idxaldan asılılığı da azaldacaq.

Yeni istehsal müəssisəsində 250 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

2017-04-28 / 10:21
Facebook