“AzəriLayt” neftinin bir barreli 52,46 dollardır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar bahalaşaraq 49,56 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar artaraq 52,05 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,55 dollar ucuzlaşaraq 52,46 dollar təşkil edib.

2017-04-28 / 10:10
Facebook