Azərbaycan neftinin bir barreli 54 dollardan baha satılır

1493273276557333994_1000x669

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar ucuzlaşaraq 49,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar azalaraq 51,63 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,60 dollar bahalaşaraq 54,01 dollar təşkil edib.

2017-04-27 / 11:14
Facebook