Əli Abdullayev: “Elektron hökumət”in istifadəyə verilməsi ilə informasiya sistemləri arasında əlaqələr sürətləndirilib


1493205501623458686_1000x669

Ölkəmizdə innovasiya sisteminin inkişafı ilə bağlı aparılan tədbirlərin əsas xüsusiyyətlərindən biri də onun bütün sahələri, o cümlədən dövlət idarəçiliyini əhatə etməsidir. Bu çərçivədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “elektron hökumət” layihəsi də innovativ həllərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Bakıda Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə keçirilən konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib.

O, qeyd edib ki, Elektron Hökumət Portalı ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portalın istifadəyə verilməsi və dövlət qurumları informasiya sistemləri arasında qarşılıqlı əlaqələr sürətləndirilmiş, informasiya ehtiyatlarının təşviqi sahəsində vahid standartların müəyyən olunması istiqamətində mühüm işlər görülür.

Vurğulanıb ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 12 elektron xidməti “elektron hökumət” portalına qoşulub.

2017-04-26 / 16:25
Facebook